Ali təhsil müəssisələrinə qəbul olunanların neçə nəfəri pulsuz oxuyacaq?

24 Avqust 2026 21:13

Bu il ali təhsil müəssisələrinə qəbul olunanların yarıdan çoxu ödənişli əsaslarla təhsil alacaq.

Milli.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin açıqladığı nəticələrə əsasən, ali məktəblərə qəbul olunan 58 947 nəfərdən 30 522-si ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb.

Dövlət sifarişi əsasında isə 28 108 nəfər qəbul olunub. Daha 317 nəfər dövlət hesablı əsaslarla ali təhsil almaq hüququ əldə edib.

Beləliklə, qəbul olunanların təxminən 52 faizi ödənişli əsaslarla, 48 faizə yaxını isə dövlət sifarişi və dövlət hesablı əsaslarla təhsil alacaq.