"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 25 avqustdan Xırdalan-Biləcəri mənzilində aparılan təmir işləri ilə əlaqədar olaraq Bakı-Xırdalan-Bakı və Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutları üzrə hərəkət edən şəhərətrafı qatarların hərəkət cədvəlində müvəqqəti dəyişiklik edəcək.-
Bu barədə Milli.Az-a ADY-dən məlumat verilib.
Bildirilib ki, yenilənmiş hərəkət cədvəlinə əsasən, şəhərətrafı qatarların ümumi reys sayı 84-dən 90-a artırılacaq.
Qeyd olunub ki, avqustun 25-dən etibarən yeni hərəkət cədvəlləri www.ady.az saytında və "ADY Mobile" tətbiqində aktiv olacaq.
Təmir işləri bitdikdən sonra Xırdalan-Sumqayıt xətti üzrə də sərnişindaşıma bərpa ediləcək.