Rusiya Ukraynada 3 yaşayış məntəqəsini ələ keçirdiyini açıqladı

24 Avqust 2026 15:42

Rusiya Müdafiə Nazirliyi Ukraynanın üç vilayətində yerləşən yaşayış məntəqələrinin nəzarətə götürüldüyünü açıqlayıb.

Milli.Az xəbər verir ki, nazirliyin məlumatına görə, Rusiya qüvvələri Sum vilayətinin Perşe Travnya, Donetsk vilayətinin Kuçerov Yar və Zaporojye vilayətinin Dolinka yaşayış məntəqələrini ələ keçirib.

Rusiya tərəfinin yaydığı məlumatı müstəqil mənbələrdən təsdiqləmək mümkün olmayıb. Müharibə ilə bağlı tərəflərin açıqlamaları bir-birindən fərqlənə bilər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)