Uitkoff və Kuşnerin Ukraynaya səfəri buna görə təxirə salınıb

24 Avqust 2026 14:22

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin Ukraynaya səfəri Kiyevə edilən hücumlar səbəbindən təxirə salınıb.

Milli.Az xəbər verir ki, bu barədə jurnalist Aleks Raufoğlu özünün X səhifəsində məlumat yayıb.

"Stiv Uitkoff və Cared Kuşnerin Ukraynaya səfəri təxirə salınıb, amma ləğv edilməyib", - jurnalist bildirib.

Qeyd edək ki, dünən TASS mənbəyə istinadla ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin Kiyev və Moskvaya səfərlərinin təxirə salındığını bildirmişdi.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)