Sabunçu rayonunda baş verən ölüm hadisəsinin qətl olduğu müəyyən edilib.
Milli.Az xəbər verir ki, avqustun 23-də gecə saatlarında 1980-ci il təvəllüdlü Nail Syubayevin yaşadığı evdə boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq özünü öldürməsi barədə polisə məlumat daxil olub.
Araşdırmalar nəticəsində məlum olub ki, N.Syubayev həyat yoldaşı, 1984-cü il təvəllüdlü Alfina Azizova tərəfindən münaqişə zamanı bıçaqlanaraq öldürülüb.
Polis əməkdaşları A.Azizovanı saxlayaraq istintaqa təhvil veriblər.
Faktla bağlı araşdırma davam etdirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)