Dietoloqlar səhər yeməyində zülal, lif və faydalı yağların birlikdə qəbul edilməsini tövsiyə edirlər. Bu baxımdan yumurta, tam taxıllı çörək və şəkərsiz fıstıq əzməsinin kombinasiyası uyğun seçim hesab olunur.
Yumurta zəngin zülal mənbəyidir. Tam taxıllı çörək lif, fıstıq əzməsi isə zülal və faydalı yağlarla təmin edir. Bu qidaların birlikdə qəbulu toxluq hissinin daha uzun müddət davam etməsinə və yeməkdən sonra qan şəkərinin daha kəskin yüksəlməməsinə kömək edə bilər.
Mütəxəssislər belə səhər yeməyində əlavə şəkərsiz fıstıq əzməsindən və tam taxıllı çörəkdən istifadə etməyi məsləhət görürlər.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)