Tramp sentyabrda İrlandaya səfər edəcək

24 Avqust 2026 10:44

ABŞ Prezidenti Donald Trampın sentyabrın 12-13-də İrlandaya səfər edəcəyi gözlənilir.

"New York Post"un məlumatına görə, Tramp səfər zamanı İrlandiyanın Doonbeg şəhərində yerləşən qolf meydançasında keçiriləcək "Irish Open" turnirini izləyəcək.

Məlumata əsasən, ABŞ liderinin səfər proqramına ABŞ səfirliyinin əməkdaşları və biznes nümayəndələri ilə görüş də daxildir. Digər tədbirlərin proqramına əlavə edilə biləcəyi bildirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)