Qazaxıstan Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərin ilkin nəticələrini açıqlayıb.
Milli.Az xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında qeyd olunub.
"Ədalət" partiyası - 71,17 %, Ümummilli Sosial-Demokrat Partiyası - 5,11 %, "Baytak" Qazaxıstan Yaşıllar Partiyası - 1,7 %, Qazaxıstan Xalq Partiyası - 3,11 %, "Auıl" Xalq-Demokratik Vətənpərvər Partiyası - 6,26 %, "AK jol" Demokratik Partiyası - 5,21 %, "Respublika" partiyası - 5,56 %, "Hamıya qarşı" - 2,51 %", - məlumatda bildirilib.
5%-dən az səs toplayan "Xalq partiyası" və "Baytak" parlamentə düşə bilməyib.
Qazaxıstan MSK-nın sədri Nurlan Abdirovun sözlərinə görə, seçkilərdə ümumilikdə 9.351.539 nəfər və ya siyahılara daxil edilmiş vətəndaşların 73,8 faizi iştirak edib.
Qeyd edək ki, dünən Qazaxıstanda ölkənin yeni birpalatalı parlamenti - Qurultayın deputatlarının ilk seçkiləri keçirilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)