Pensiya və müavinət təyinatlarında yeni rəqəmlər

24 Avqust 2026 10:25

2026-cı ilin yanvar-iyul aylarında 110,7 min pensiya, müavinət və təqaüd elektron sistem üzərindən proaktiv şəkildə təyin olunub.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Məlumata görə, təyinatların 24,6 minini pensiyalar, 75,5 minini müavinətlər, 10,6 minini isə təqaüdlər təşkil edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)