Naxçıvanda mis-daş dövrünə aid arxeoloji nümunələr aşkar edilib

24 Avqust 2012 16:07
Bunu Trend-ə Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Şahtaxtı arxeoloji ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev deyib.

Onun sözlərinə görə, ərazidə qazıntı aparılarkən yeni eneolit dövrü təbəqəsi aşkarlanıb. Həmin təbəqədə keramika qırıqları və tikinti qalıqları üzə çıxarılıb.

Ağayev deyib ki, əvvəlki qazıntılar zamanı ərazidə 20 sm hündürlüyü olan eneolit dövrü təbəqəsi aşkarlasa da, son qazıntılar zamanı bu təbəqəni 41 sm-dək tədqiq etmək mümkün olub. Amma həmin ərazidə qrunt suyu çıxdığından təbəqəni sonadək tədqiq etmək mümkün olmayıb. Buna görə də müvafiq orqanlara Şahtaxtı qədim yaşayış yerinin şimal və şimal-şərq hissələrində drenajların qoyulması və bundan sonra tədqiqatların daha geniş şəkildə aparılması təklif edilib.

Milli.Az