Bakıda qadını avtomobil vurdu

24 Avqust 2026 09:16

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə dünən saat 07 radələrində Sabunçu qəsəbəsi Şəhər şosesində qeydə alınıb.
 

1992-ci il təvəllüdlü Cəlilov Elvin Tofiq oğlu idarə etdiyi "Mercedes E 200" markalı avtomobillə "Red Oil" yanacaq doldurma məntəqəsininin yanında, üzü şəhər istiqamətində hərəkətdə olarkən yolu keçməyə çalışan Nağıyeva Mehriban Bəşir qızını vurub. Nəticədə, 1966-cı il təvəllüdlü piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanaraq istintaq aparılır./Qafqazinfo