Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək - Özbəkistan Prezidenti

24 Avqust 2026 00:04

Əminəm ki, Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək.

Milli.Az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevlə təltifetmə mərasimində bildirib.

Özbəkistan Prezidenti qeyd edib: "Bu gün ölkəmizin əsl dostu olan Sizə bu nüfuzlu mükafatı - ən yüksək dərəcəli "Dostluq" ordenini təqdim etməkdən xüsusilə məmnunam. Bu, Özbəkistanla Azərbaycan arasında əbədi dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə Sizin verdiyiniz böyük töhfəyə hörmətin və minnətdarlığın rəmzidir".