Almaniyanın "Leyptsiq" klubunun futbolçusu Kastello Lukeba karyerasını İspaniyada davam etdirə bilər.
Milli.Az "Goal.com" nəşrinə istinadən xəbər verir ki, "Barselona" 23 yaşlı müdafiəçi ilə maraqlanır.
Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik fransalı oyunçunun heyətə cəlb olunmasını istəyir.
Xatırladaq ki, Kastello Lukebanın klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir\"Report"
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)