Avropa çempionatı: Belçika millisi Bakıdakı ikinci oyunda da qələbə qazanıb

23 Avqust 2026 20:05

Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun keçirilib.

Milli.Az xəbər verir ki, Milli Gimnastika Arenasındakı qarşılaşma Belçika Portuqaliyaya qalib gəlib.

Görüş 3:0 (25:16, 25:21, 25:11) hesabı ilə yekunlaşıb.

Belçika ilk qarşılaşmada İspaniyanı 3:2 hesabı ilə üstələyib.

Xatırladaq ki, C qrupunun bu gün baş tutacaq digər oyununda Azərbaycan millisi İspaniya ilə üz-üzə gələcək. Bu matç saat 18:30-da start götürəcək./"Report"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)