"Bavariya"nın qapıçısı Manuel Noyer qazandığı titulların sayına görə Almaniya futbol tarixində yeni rekord müəyyənləşdirib.
Milli.Az xəbər verir ki, 40 yaşlı qolkiper bu uğura Almaniya Superkubokunda "Bavariya"nın 2:1 hesablı qələbə qazandığı qarşılaşmada çatıb.
Start heyətində meydana çıxan Noyer karyerasında 36-cı titulunu əldə edib.
Bununla da o, keçmiş komanda yoldaşı Tomas Mülleri geridə qoyaraq, ən çox titul qazanan alman futbolçu adına sahib olub.
Noyer 2011-ci ildən "Bavariya"nın formasını geyinir. Münhen klubunda 13 dəfə Almaniya çempionu olan qapıçı iki dəfə Çempionlar Liqasını və iki dəfə UEFA Superkubokunu qazanıb.
Onun karyerasındakı ən böyük uğurlardan biri isə 2014-cü ildə Almaniya millisinin heyətində dünya çempionu olmasıdır.
Noyer 2024-cü ildə milli komandadakı karyerasını başa vurduğunu açıqlasa da, 2026-cı il dünya çempionatında iştirak etmək üçün yığmaya qayıdıb. Almaniya turnirdə 1/16 finalda Paraqvaya penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb./"Qafqazinfo"
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)