İsmayıllıda qəza olub.
Milli.Az xəbər verir ki, hadisə rayonun Diyallı-Təzəkənd yolunda qeydə alınıb.
Belə ki, "Niva" və "Hyundai" markalı iki avtomobil toqquşub. Nəticədə dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır./"Qafqazinfo"