Nanə yağı təzyiqi aşağı sala bilər

24 Avqust 2026 00:30

Yeni araşdırma nanə yağının yüngül yüksək qan təzyiqi olan insanlarda təzyiq göstəricilərinə müsbət təsir göstərə biləcəyini ortaya qoyub.

Milli.Az xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb.

Tədqiqatda iştirak edən şəxslərə 20 gün ərzində gündə iki dəfə kiçik dozada nanə yağı verilib. Nəticədə onların sistolik qan təzyiqində orta hesabla 8,5 mm civə sütunu azalma müşahidə olunub.

Alimlər nəticələrin ümidverici olduğunu desələr də, nanə yağının təzyiq dərmanlarını əvəz edə biləcəyini bildirmirlər. Bu istiqamətdə daha geniş araşdırmalara ehtiyac olduğu vurğulanır./Lent.az

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)