Cəlilabadda avtomobil yandı

23 Avqust 2026 14:53

Cəlilabad rayonunda minik avtomobili yanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Gülməmmədli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Mehman Nəsirova məxsus olan VAZ-2105 markalı avtomobil qəfildən alışıb.

Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Lakin nəqliyyat vasitəsi tamamilə yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)