Sumqayıtda 14 yaşlı iki qız itkin düşüb - (Foto)

23 Avqust 2026 12:17

Sumqayıtda 14 yaşlı iki qız itkin düşüb.

Milli.Az-a daxil olan məlumata görə, Xırdalanda yaşayan Əliyeva Ayla Əli qızı və Qasımlı Səidə Yaqub qızı Sumqayıta gediblər. Onlardan sonuncu dəfə şəhərin Təzə parkı və Göyərçin parkı ərazisində xəbər alınıb.

Məlumata görə, qızlardan artıq bir gündür ailələri xəbər ala bilmir.

Onları görən və ya harada olduqları barədə məlumatı olan şəxslərdən 050 578 10 11050 456 95 86 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)