Kamçatkada çıxılmaz vəziyyətdə qalan azərbaycanlı turist təxliyə edildi

23 Avqust 2026 12:06

Rusiya Federasiyasının Kamçatka vilayətində yağan güclü yağışlar səbəbindən çıxılmaz vəziyyətdə qalmış turist qrupunun üzvü, Azərbaycan Respublikasının vətəndaşı Tatyana Dolivets Rusiya FHN tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, Azərbaycan vətəndaşının səhhətində hər hansı problem yoxdur.

Qeyd edək ki, vətəndaşımızın təxliyəsi Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının diqqətində saxlanılıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)