Göyçayda minik avtomobilləri toqquşdu - Xəsarət alanlar var

23 Avqust 2026 10:30

Göyçayda avtomobil qəzası baş verib.

Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Bığır kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "Kia" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Zərbənin təsirindən yaralılar avtomobillərdə sıxılı vəziyyətdə qalıb. Yaralılar ətrafdakı insanların köməyi ilə avtomobillərdən çıxarılıb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)