Misli Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək

23 Avqust 2026 09:29

Bu gün Misli Premyer Liqasında 2-ci turun daha iki oyunu keçiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Günün ilk qarşılaşmasında "Turan Tovuz" doğma meydanda "Şamaxı"nı qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək matç saat 18:30-da başlayacaq.

Turun digər oyununda "Neftçi" "Araz-Naxçıvan"la üz-üzə gələcək. "Palms Sports Arena"da keçiriləcək qarşılaşmanın startı saat 20:45-ə təyin olunub. 

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)