68 yaşlı motosiklet sürücüsü qəzada öldü

22 Avqust 2026 21:15

Sabirabad şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə şəhərin Muğan prospektində qeydə alınıb.

Belə ki, minik avtomobili ilə motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü, Sabirabad şəhər sakini, 1958-ci il təvəllüdlü Əliyev Əlixan Məzahir oğlu həyatını itirib.

Faktla bağlı araşdırma aparılır./"Qafqazinfo"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)