Xalq artisti Faiq Ağayevə ağır itki üz verib.
Milli.Az xəbər verir ki, bu barədə o, feysbuk hesabında bildirib:
"15 il evimdə canla-başla çalışmış, bütün məişət məsələlərimi vicdanla, doğmalıqla həll edən köməkçim bu gün torpağa tapşırıldı... Uzun sürən ağır həyat mücadiləsindən sonra apardı onu bu zəhrimar xəstəlik...
Rahat uyu, o dünyadakı yerin-yurdun gözəl olsun, Elçin! Allah rəhmət eləsin!"
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)