Acunun komandası ilk turda “Mançester Yunayted”i məğlub etdi

22 Avqust 2026 19:54

İngiltərə Premyer Liqasında mövsümün ilk böyük sürprizi qeydə alınıb.

Milli.Az xəbər verir ki, "Mançester Yunayted" İkinci diviziondan yeni qayıdan "Hall Siti"yə məğlub olub.

Halledəki "MKM" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı 17-ci dəqiqədə Semi Adayi açıb. Meydan sahiblərinin ikinci qolunu isə 38-ci dəqiqədə Reqan Sleyterin ötürməsindən sonra Nobel Mendi vurub.

Qeyd edək ki, növbəti turda "Qırmızı şeytanlar" avqustun 30-da doğma meydanda "İpsviç Taun"u qəbul edəcək. "Hall Siti" isə bir gün əvvəl səfərdə "Koventri Siti"nin qonağı olacaq.

Məlumat üçün bildirək ki, keçən mövsüm Premyer Liqanı 71 xalla 3-cü pillədə başa vuran "Mançester Yunayted"dən fərqli olaraq, iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti" Çempionşip pley-offunun finalında "Midlsbro"nu 1:0 hesabı ilə məğlub edərək 2017-ci ildən sonra ilk dəfə elitanın iştirakçısı olub./"Qafqazinfo"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)