10 min manat dəyərində məişət əşyaları və moped oğurlayan şəxslər saxlanılıblar

22 Avqust 2026 17:47

Sabunçu rayonunda yerləşən evlərin birindən 10 min manat dəyərində məişət əşyaları naməlum şəraitdə oğurlanıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı Ə.Əliyev və 34 yaşlı V.Bayramov saxlanılıblar.

Bu barədə Milli.Az-a DİN-dən məlumat verilib.

Araşdırmalarla onların taladıqları məişət əşyalarını satdıqları müəyyən edilib.

Rayon ərazisində qeydə alınan digər hadisə zamanı isə zərərçəkənə məxsus 2000 manat dəyərində mopedi oğurlamaqda şübhəli bilinən N.Mursaquliyev, R.Bayramlı və E.Əliyev saxlanılıblar. Araşdırmalarla onların oğurladıqları mopedlə yol nəqliyyat hadisəsi törətdikləri də müəyyən edilib.

Qeydə alınan hadisələr üzrə araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)