İngiltərənin "Liverpul" klubunun mərkəz müdafiəçisi İfeanyi Ndukve 2026/2027 mövsümünü icarə əsasında İspaniyanın "Levante" komandasında keçirəcək.
Milli.Az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
18 yaşlı futbolçunun İspaniya klubuna keçidi bu həftə "Liverpul"la müqavilə imzalamasından sonra rəsmiləşib. Mersisayd təmsilçisi müdafiəçinin transferi ilə bağlı ilin əvvəlində Avstriyanın "Austria" (Vyana) klubu ilə prinsipial razılığa gəlmişdi.
Qeyd edək ki, "Levante" La Liqanın növbəti turunda səfərdə "Osasuna" ilə qarşılaşacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)