Rusiya müharibənin 1641-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
"Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 216 701 PUA-sı, 669 zenit-raket kompleksi, 30 688 tank və digər zirehli texnikası, 1 774 reaktiv yaylım atəş sistemi, 36 235 artilleriya və minaatanı, 69 903 xüsusi hərbi avtomobil texnikası məhv edilib", - o bildirib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)