Dənizdə batdığı deyilən şəxs xaricə gedibmiş

22 Avqust 2026 16:13

Avqustun 19-da saat 19 radələrində Masallı rayon sakini 36 yaşlı Elmar Məmmədlinin Xəzər dənizinin Astara şəhəri ərazisindəki çimərliyində boğulması, meyitinin isə suda itkin düşməsi barədə polisə məlumat daxil olub.

Milli.Az APA-ya istinadla xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin suda boğulmadığı, avqustun 20-də hava yolu ilə ölkə hüdudlarını tərk etdiyi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, üç gün öncə Astara şəhərinin "Bulvar" ərazisində bir nəfərin Xəzər dənizində batması barədə məlumat daxil olub. Masallı rayonunun Kosagül kənd sakini olan 1990-cı il təvəllüdlü Elmar Bəybala oğlu Məmmədli yaxın qohumları ilə çimmək üçün dənizə gəldiyi qeyd edilib. Elmar Məmmədli ailəlidir və 5 uşaq atasıdır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)