Türkiyənin Giresun vilayətinin Piraziz rayonunda yüksək gərginlik xətləri üzərində texniki iş aparan helikopter qəzaya uğrayıb.
Türkiyə mətbuatının məlumatına görə, hadisə Deregözü kəndi yaxınlığında baş verib. İlkin məlumata əsasən, helikopterin hansı səbəbdən qəzaya uğradığı və göyərtəsində neçə nəfərin olduğu hələlik məlum deyil.
Hadisə yerinə sağlamlıq, jandarma və axtarış-xilasetmə qrupları göndərilib.
Giresun valisi Mustafa Koç da hadisə yerinə yollanıb. Qəzanın səbəblərinin müəyyənləşdirilməsi və helikopterdə olan şəxslərin vəziyyətinin dəqiqləşdirilməsi istiqamətində araşdırma aparılır./haber3.com
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)