Tehran Qətərdə saxlanılan pilotların təxliyəsini istəyir

22 Avqust 2026 14:38

İran Qətərdə saxlanılan iranlı pilotların səhhətinin pisləşə biləcəyi barədə xəbərdarlıq edib.

Milli.Az xəbər verir ki, bunu İran ordusunun Baş Qərargahının İtkinlərin Axtarışı Komitəsinin rəhbəri, general Məhəmməd Baqerzadeh deyib.

O, Beynəlxalq Qızıl Xaç Komitəsini yaralı və xəstə əsirlərin İrana təxliyəsi üçün mümkün qədər tez hava ambulansı göndərməyə çağırıb.

Baqerzadeh İran ekspert qrupunun Qətərdə qəbul edilməsini müsbət qiymətləndirib və iranlı əsirlərin tibbi müayinəsinin sürətləndirilməsi üçün Doha ilə əməkdaşlığın vacibliyini vurğulayıb.

Generalın sözlərinə görə, əsirlərin su üzərində saxlanılması onların sağlamlığının qorunması baxımından əlverişli deyil.

Baqerzadeh Qətər hökumətindən iranlı əsirlərin mümkün qədər tez quru əraziyə və lazımi tibbi imkanlarla təmin olunmuş xəstəxanaya köçürülməsini tələb edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)