"Mercedes"lə "BYD"nin iştirakı ilə ağır qəza: Ölən və yaralılar var - (Video)

22 Avqust 2026 13:29

Dünən axşam saatlarında paytaxtın Suraxanı rayonunda ağır yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  Hövsan qəsəbəsi Dənizkənarı küçəsində "Mercedes 190" markalı 90 EV 255 və "BYD" markalı 99 VQ 246 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.

Nəticədə, 1998-ci il təvəllüdlü Cəfərli Əlican Əli oğlu aldığı xəsarətlərdən həlak olub. Daha 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)