Kəlbəcər və Laçın arasında məsafə 31,98 kilometr qısalacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, mürəkkəb dağlıq relyefdə inşa olunan 75,8 kilometrlik Kəlbəcər-Laçın avtomobil yolu I-II texniki dərəcəli, 2-4 hərəkət zolaqlı olacaq.
Layihə çərçivəsində 17 tunel, 7 viaduk, 14 körpü və 212 suötürücü keçid inşa olunur. Ümumi uzunluğu 13 kilometrdən çox olan tunellərin hamısında qazma, 12-də isə betonlama işləri tamamlanıb.
Tikinti sahələrində 2 085-dən çox işçi və 509 texnika çalışır. Hazırda layihə üzrə ümumi işlərin 50%-dən çoxu icra olunub.
Yeni yol Kəlbəcər və Laçın arasında gediş-gəlişi qısaltmaqla yanaşı, regionda yeni nəqliyyat dəhlizinin formalaşmasına xidmət edəcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)