Fransanın "Havr" klubu "Qalatasaray"ın müdafiəçisi Elias Yelertin icarə əsasında transfer edib.
Milli.Az xəbər verir ki, klubun rəsmi saytının məlumatına görə, 23 yaşlı danimarkalı Fransa komandasında 12 nömrəli forma ilə çıxış edəcək.
5 milyon avro bazar dəyəri olan futbolçu ötən mövsümü icarə əsasında İngiltərənin "Sauthempton" klubunda keçirib. Elias bütün turnirlərdə çıxdığı 11 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)