"Kurtlar Vadisi" serialında rol alan aktyor Nevzat Yakışırboy yolda etdiyi mübahisəyə görə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, motosikletlə hərəkətdə olan aktyorla avtomobil sürücüsü arasında yolun hərəkəti ilə bağlı mübahisə yaranıb. Sözlü qarşıdurma qısa müddətdə gərginləşib.
İddialara görə, avtomobil sürücüsünün aktyora "Nə olub, artistsən?" deməsi vəziyyəti daha da gərginləşdirib. Bundan sonra Yakışırboy motosikletindən düşərək sürücünün yanına gedib və onu avtomobildən enməyə çağırıb.
Hadisə zamanı aktyorun qarşı tərəfə sərt ifadələr işlətdiyi və söyüş söydüyü görüntülərə əks olunub.
Hadisənin hansı səbəbdən başladığı, həmçinin tərəflərin polisə müraciət edib-etmədiyi açıqlanmayıb.
Milli.Az