"Fənərbağça"da gözlənilməz ayrılıq

22 Avqust 2026 10:42

"Fənərbağça" klubu yeni mövsüm üçün heyətini formalaşdırmağa çalışır.

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, "sarı-lacıvərdlilər"in hücumçusu Anderson Taliska karyerası BƏƏ-də davam etdirə bilər.

"Əl-Cəzirə" klubu onunla maraqlanır. Onu "Şturm"la matçda stadiondan izləyiblər.

"Fənərbağça" da bu keçiddən pul qazanacaq.

Taliska 2025-ci ilin yanvarından İstanbul nəhəngində çıxış edir. O, burada 74 oyuna 44 qol vurmağı bacarıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)