İngiltərə millisinin oyunçusu "İnter"də!

22 Avqust 2026 14:47

İngiltərə millisinin yarımmüdafiəçisi Kurtis Cons "Liverpul"dan "İnter"ə transfer olunub.

Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı oyunçu Milan klubu ilə 30 iyun 2031-ci ilədək müqavilə imzalayıb. Transferin məbləği 35 milyon avrodur.

Cons yetirməsi olduğu "Liverpul"da 228 oyun keçirib, 22 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb. O, İngiltərə millisində isə 6 matçda bir qolla yadda qalıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)