Medinanın klubu 109 oyundur uduzmur

22 Avqust 2026 13:26

Malayziyanın "Johor Darul Ta'zim" klubu ölkə çempionatında ardıcıl 109 oyundur məğlub olmur və bu göstərici ilə dünya rekorduna imza atıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, komanda Malayziya Superkubokunda "Kuçinq Siti"ni 3:0 hesabı ilə məğlub edib. Qarşılaşma həm də ölkə çempionatının oyunu kimi hesablanır.

Bununla da "Johor Darul Ta'zim" 1989-1994-cü illərdə Kot-d'İvuarda 108 oyunluq məğlubiyyətsiz seriya müəyyənləşdirmiş "ASEC Mimosas"ın rekordunu geridə qoyub.

"Johor Darul Ta'zim" ölkə çempionatında sonuncu dəfə 2021-ci ilin aprelində məğlub olub. Klub son 12 mövsümdə Malayziya çempionu adını qazanıb və hazırda ardıcıl 13-cü çempionluğuna doğru irəliləyir.

Qeyd edək ki, "Qarabağ"ın müdafiəçisi Kevin Medina sözügedən kluba transfer olunub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)