Xəzərdə zəlzələ oldu

22 Avqust 2026 09:15

Xəzər dənizində 3.3 maqnitudalı zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla 05:05-də baş verib.

Zəlzələ ocağı 62 kilometr dərinlikdə yerləşib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)