Bakıda ağır cinayət: Böyük qardaşını öldürdü

22 Avqust 2026 09:19

Bakıda qətl hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə saat 23 radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb. 

1999-cu il təvəllüdlü Hikmət Qulamzadə yaşadığı evdə münaqişə zəminində qardaşı, 1995-ci il təvəllüdlü Aqili bıçaqlayaraq qətlə yetirib. 

H.Quluzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.