Gəncədə 35 yaşlı kişi bıçaqlanıb.
Milli.Az xəbər verir ki, hadisə şəhərin "Naxalovka" adlanan yaşayış massivində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Sadiq Əsədov bıçaq yarası ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Yaralı əməliyyat olunub, vəziyyəti orta-ağırdır.
35 yaşlı şəxsin kim və hansı şəraitdə bıçaqlandığı araşdırılır.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)