Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Portuqaliya yığmasını məğlub edib

21 Avqust 2026 21:35

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda ilk matçını keçirib.

Milli.Az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Portuqaliya millisi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan yığmasının 3:1 (25:22, 23:25, 27:25, 25:20) hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, komanda turnirdə növbəti görüşünü avqustun 23-də İspaniya millisinə qarşı keçirəcək.

Bakıdakı oyunlar avqustun 28-nə qədər Milli Gimnastika Arenasında təşkil olunacaq./"Report"