“Anamı itirmək məni daha çox yandırdı, hər gecə yadıma düşürlər" - (Video)

22 Avqust 2026 13:13

Meyxanaçı Ağamirzə Məmmədov canlı efirdə dünyasını dəyişən ata və anası haqqında danışıb.

Milli.Az xəbər verir ki, sənətçi valideynlərini itirməyin onun üçün ağır olduğunu bildirib. Xüsusilə anasının vəfatının ona daha çox təsir etdiyini deyən söz ustası bu gün də valideynləri üçün darıxdığını söyləyib.

"Ananı itirmək daha çox məni yandırdı. Bu yaşımda da anamı arzulayıram. Hər gecə atam da, anam da yadıma düşür. Kaş ki, sağ olardılar", - deyə meyxanaçı bildirib.

Ağamirzə Məmmədov valideynlərin ailədəki rolunun əvəzolunmaz olduğunu vurğulayıb. Onun sözlərinə görə, ata və ananın verdiyi məsləhət, xeyir-dua və ağsaqqal sözü insan üçün böyük dəyər daşıyır.

"Ruzi-bərəkət, ağsaqqal sözü, məsləhət onlardadır. Mən indi də özümü uşaq hesab edirəm. Heyif o günlərdən", - deyə o qeyd edib.

Meyxanaçı sonda valideynləri həyatda olan insanlara müraciət edərək onların qədrini bilməyə çağırıb:

"Nə qədər gec deyil, siz ata-ananızın qədrini bilin".

Ağamirzə Məmmədovun səmimi və kövrək sözləri izləyicilərinin diqqətini çəkib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)