Azərbaycanda SMS-lərin sayı son 5 ildə 4 dəfəyə yaxın azalıb

21 Avqust 2026 18:55

2025-ci ildə Azərbaycanda 80,3 milyon ədəd SMS göndərilib.

Milli.Az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən 39,2 % azdır.

Ötən il ölkədaxili mobil telefon trafiki 12 milyard 368,5 milyon dəqiqə olub ki, bu da əvvəlki ilə nisbətən 10 % azdır.

Son 5 ildə göndərilmiş SMS-lərin sayında 3,8dəfə, ölkədaxili mobil telefon trafikində isə 34 % azalma qeydə alınıb./Report