Mabel Matizlə bağlı qərar verildi

21 Avqust 2026 17:29

Türkiyəli məşhur müğənni Mabel Matiz "Ha Leylim" mahnısı ilə əlaqədar aparılan istintaq çərçivəsində hüquq-mühafizə orqanlarına çağırılaraq ifadə verib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi barəsində ölkədən çıxışın məhdudlaşdırılmasını nəzərdə tutan məhkəmə nəzarəti tədbiri tətbiq edilib və daha sonra sərbəst buraxılıb.

Əsl adı Fatih Karaca olan Mabel Matiz mahnının sözləri və klipində əxlaqsızlıq elementlərinin olduğu iddiaları ilə bağlı açılmış cinayət işi üzrə dindirilib.

İstintaqın sözügedən mahnı və videokliplə bağlı irəli sürülən iddialar əsasında davam etdiyi bildirilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)