Seyran Hüseynova general-mayor rütbəsi verildi

21 Avqust 2026 16:33

Dövlət Mühafizə Xidmətinin polkovniki Hüseynov Seyran Tofiq oğlunun rütbəsi artırılıb.

Milli.Az "Unikal"a istinadən xəbər verir ki, Seyran Hüseynova general-mayor ali hərbi rütbəsi verilib.

Məlumat üçün bildirək ki, 23 avqust Azərbaycan Respublikası Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramıdır.

Qeyd edək ki, S.Hüseynov 2024-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)