Türkiyəli aktyor cütlük Bergüzar Korel və Halit Ergenç tədbir zamanı yaşanan əyləncəli anlarla diqqət çəkib.
Milli.Az xəbər verir ki, cütlük tədbir çıxışında sualları cavablandırarkən qarşılarında Karadeniz ləhcəsi ilə danışan müxbir görüb. Müxbirin fərqli ləhcəsi və səmimi üslubda ünvanladığı suallar Bergüzar Koreli güldürüb.
Aktrisa müsahibə zamanı gülüşünü saxlamaqda çətinlik çəkib. Halit Ergençin də iştirak etdiyi həmin anlar tədbirdə xoş və səmimi atmosfer yaradıb.
Sözügedən görüntülər sosial şəbəkələrdə paylaşıldıqdan sonra izləyicilərin marağına səbəb olub.
Həmin gülüş doğuran anları təqdim edirik:
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)