İngiltərənin "Mançester Siti" klubu Braziliyanın "Palmeyras" komandasının hücumçusu Allan Elias ilə müqavilə şərtlərini razılaşdırıb.
Milli.Az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, tərəflər şifahi şəkildə anlaşma əldə ediblər.
Futbolçunun İngiltərə təmsilçisinin heyətinə qoşulmaq niyyətində olduğu və klublar arasında transferlə bağlı danışıqların davam etdiyi bildirilib.
Allan Elias 2025-ci ilin yanvarından "Palmeyras"ın əsas heyətində çıxış edir. O, bu müddətdə keçirdiyi 95 matçda 9 qol vurub və 11 məhsuldar ötürmə müəllifi olub. Hücumçu ilə müqavilənin müddəti 2029-cu ilin sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, "Transfermarkt" portalı futbolçunun dəyərini 20 milyon avro qiymətləndirilir./Report