Müğənni Aysun İsmayılova sosial şəbəkələrdə onun haqqında yazılan mənfi rəylərə münasibət bildirib.
Milli.Az xəbər verir ki, sənətçinin paylaşımının şərh bölməsində izləyicilərdən biri onun görünüşü ilə bağlı "elə bil 60 yaşı var" ifadəsini yazıb. Bu fikir Aysun İsmayılovanın diqqətindən yayınmayıb və o, həmin rəylərə cavab verib.
Müğənni onu yaxından tanımayan insanların görünüşü ilə bağlı fikir bildirməsini doğru hesab etmədiyini vurğulayıb:
"Məni həyatda görməyib yəqin. Görənlər deyir ki, sanki 19 yaşım var. Mənim içimdə fəsadlıq yoxdur, bu sözləri qəbul etmirəm".
Aysun həmçinin şöhrətə münasibətindən danışaraq özünü sübut etmək üçün müəyyən addımlar atmadığını bildirib:
"Şöhrətpərəst olsaydım, çox-çox başqa yerlərdə olardım".
Sənətçinin səmimi cavabları sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub. Onun mənfi rəyə qarşı mövqeyi ilə bağlı müxtəlif fikirlər bildirilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)