Lənkəran rayonunda sürücü sükan arxasında ölüb.
Milli.Az xəbər verir ki, hadisə avqustun 20-si saat 18 radələrində Lənkəran şəhəri Nizami küçəsində baş verib.
Qumbaşı kənd sakini 1987-ci il təvəllüdlü Vüsal Mehman oğlu Nuriyev idarə etdiyi "VAZ 2107" markalı 90 LF 064 nömrə nişanlı avtomobildə qəfil vəfat edib.
Onun infarktdan öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)